MUSA İBN CƏFƏR

(128/745 – 183/799) – əhli-beytdən olan tanınmış fiqih alimi və şiələrin yeddinci imamı olmuşdur. Musa İbn Cəfər Mədinədə doğulmuş və orada fəaliyyət göstərmişdir. Onu Musa Kazım da adlandırırdılar. Həyatını ilahiyyat elmlərini öyrənməyə həsr etmişdir. Ancaq o dövrdə Abbasi xəlifələri əhli-beyti təqib edirdi. Bu təqiblər zamanı Musa ibn Cəfər tutularaq Bəsrəyə, sonra isə Bağdada aparılmışdır. Orada həbsxanada vəfat etmiş və ya öldürülmüşdür.
MUSA
MUSİQİ
OBASTAN VİKİ
Musa ibn Cəfər Kazim
İmam Kazım (tam adı: Əbul Həsən Musa ibn Cəfər əl-Kazım;8 noyabr 745, Əl-Əbva[d], Məkkə bölgəsi[d] – 30 avqust 799, Kazımiyyə[d]) — Cəfəri şiələrinə görə 9-cu məsum, 7-ci imam və xəlifə. Künyəsi: Əbül-Həsən Sani, Əbu İbrahim Ləqəbləri: Kazim, Zahir, Vəfiyy, Əmin, Zeynül-Müctehidin, Ənnəfsüz-Zəkiyyə, Əbdisaleh, Siqə, Təyyib, Səyyid, Məmun. İmamın həyatı iki mərhələyə bölünür: 1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il) 2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin imamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf etmişdir. Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf edib O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq olmuşdur. İmam Kazim hicrətin 128-ci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur. Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq şəhid olduqdan sonra İmam Kazimin İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun həməsri olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhdi adı ilə tanınmış Məhəmməd.
Cəfər ibn Muhəmməd
Cəfər Sadiq (20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqir`in məzarı kənarındadır. Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..." Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
Cəfər ibn Sadiq
Cəfər ibn Yəhya
Cəfər ibn Yəhya Bərməki və ya Cəfər əl-Bərməki (fars. جعفر بن يحيى‎, ərəb. جعفر بن يحيى‎; 767–803) Abbasilər ərəb sülaləsinin beşinci xəlifəsi Harun ər-Rəşidin dövründə vəzir vəzifəsini yerinə yetirirdi. Atası fars vəziri Yəhya ibn Xalid idi, hansı ki nüfuzlu Barmakidlər nəslindən gəlirdi. 786-cı ildə Cəfər ibn Yəhya atasının vəzifəsini miras almışdı. Cəfər ibn Yəhya çalışırdı ki elmi inkişaf etdirsin və Bağdadı hind elmi ilə tanış etmək üçün çoxlu işlər görmüşdü. Qeyd edilir ki, Cəfər ibn Yəhya xəlifəni inandırmışdı ki, Bağdadda kağız fabriki açılsın. Kağız hazırlanma sirrini onlar 751-ci ildə baş vermiş Talas döyüşündən sonra götürülən çinli məhbuslardan öyrənmişdilər. Cəfər ibn Yəhya Harun ər-Rəşidlə yanaşı Min bir gecənin bir neçə nağıllarında peydə olur, tez-tez baş qəhrəman rolunda çıxış edir. Məsələn, "Üç Alma" nağılında qətlin sirrini açmaq və günahkarı tapmağa çalışan xəfiyyədi, halbuki "Attafın nağılı"nda daha çox fırıldaqçı şəklində göstərilib.
Cəfər ibn Əli
Cəfər ibn Əli ibn Əbu Talib (ərəb. جَعْفَر ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647, Mədinə – 10 oktyabr 680, Kərbəla) — Əli və Ümmül-Banunun oğlu idi. Onu atası Əli qardaşı Cəfər ibn Əbu Talibin şərəfinə adlandırmışdır. Gənc Cəfər Kərbəla döyüşündə Hüseynin səhabələrindən biri olub, Aşura günü qardaşları Abbas, Abdulla və Osman ilə birlikdə şəhid olmuşdur.
İsmail ibn Cəfər
İsmail ibn Cəfər əl-Mübarək (721, Mədinə – 751, 755 və ya 762) — İsmaililik inancında 6-cı imam. 719-cu ildə İmam Cəfərin və İmam Həsənin nəvəsi Fatimənin ən böyük oğlu olaraq doğuldu. İsmail atasından əvvəl vəfat etmişdir. İmam Cəfərin ölümündən sonra şiələr üç yerə bölündülər: İmamilər, İsmaililər və Fəthilər. İsmaililər məzhəbinin ardıcılları belə hesab edirlər ki, Cəfər əs-Sadiq imaməti bilavasitə məhz oğlu İsmailə göstərişlə vermişdir. Amma İsmail atasından öncə – 762-ci ildə vəfat etdiyinə görə, tərəfdarları oğlu Məhəmməd Məqtumun ətrafında toplaşmış və imamətin qeybdə olan (gizli) imamdan ona ötürüldüyünə inanmışlar.
Cəfər ibn Əbu Talib
Cəfər bin Əbu Talib (ər:جعفر بن أبي طالب; 589, Məkkə, Hicaz – 629, Muta[d]) və ya Cəfər Təyyar(جعفر الطيار) atası Əbu Talib anası isə Fatimə bint Əsəd, Hz.Əlinin qardaşı, islam peyğəmbərinin səhabələrindən biriydi. 20-il besətdən öncə Məkkədə dünyaya gəlmiş İslamdan əvvəl şərafətli və pak yaşamışdır. besətdən sonra aclıq düşmüşdü, Əbu Talib öz ailəsini çətinliklə keçindirirdi. Bu zaman ona yardım üçün Əlini İslam Peyğəmbəri, Cəfəri isə əmisi Abbas yanlarına götürüb onları saxlamışlar və yaşayışlarının bir dönəmini bunlarla keçirmişlər. ömrünün gənc çağı cahiliyyət dönəmində keçmiş amma O, pak qalıb ailəvi şərafətlərin qoruyub, yalan, şərab içmək, bütpərəstlik və əxlaqsız işlərə qarışmayıbdır, bunun üçün də bir hədisə görə Allah ondan təqdir etmişdir. Cəfər gənclik çağında İslama gəlmişdir və Hz.Əlidən sonra ikinci kişidir ki islamı qəbul etmişdir. Bir gün atası Əbu Taliblə yoldan keçərkən İslam peyğəmbəri, Əli və Xədicəni Məscidül-Həramda namaz qılarkən görürlər, atası Cəfərə: "Get, onlarla namaz qıl" əmrini verir və o da atasının sözünə əməl edərək, onlarla sıraya dayanıb, namaza başladı ki, bu, onun müsəlman olmasının başlanqıcı olur. Atası isə bu işindən sevinib ona görə şeirlər deyir. Cəfər islamın öncülərindən idi və İslam peyğəmbəri onu çox sevərdi. Belə ki, Peyğəmbər onun haqqında çoxlu övgülər demişdir.
Cəfər
Cəfər — Kişi adı.
Musa
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.
Əbülfəth Musa ibn əl- Fəzl ibn Məhəmməd
I Fəzl bin Məhəmməd (v. 1031, Gəncə) — 985–1031–ci illərdə Aran əmiri olmuşdur. Fəzl sikkə kəsdirən ilk şəddadi əmiridir. Zərbxanası əvvəl Partavda (Bərdə) idi. Daha sonra Gəncəyə köçürüldü. Fəzl bin Məhəmməd Rəvvadilərlə mübarizə aparmaq üçün Araz çayı üzərində körpü tikmişdir. İbn əl-Əsirə görə, Fəzl 1030-cu ildə xəzərlərə qarşı ekspedisiya aparmışdır, xəzərlərdən 10 min nəfər öldürülmüşdür. Xəzər xaqanlığı 969-cu ildə ruslar tərəfindən darmadağın edildiyinə görə bu xəzərlərin Qafqazda onların xələfləri kimi qıpçaqlar və ya peçeneqlər tərəfindən idarə edildikləri və ya İbn əl-Əsirin səhv etdiyi və ya "xəzərlər" sözünün çöldə yaşayan insanlar üçün ümumi bir termin olaraq istifadə edildiyi aydın deyil. Fəzl 1031-ci ildə ölür və onun yerinə hakimiyyətə oğlu Əbülfəth Musa gəlir. 4 övladı vardı: Musa Əbüləsvar Şavur Əskuya Sitt bint Fəzl - Şirvanşah I Mənuçöhr ilə evlənmişdi.
Cəfər (Qürvə)
Cəfər (fars. جعفر‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 199 nəfər yaşayır (45 ailə). Əhalisini kürdlər təşkil edir.
Cəfər Atalay
Cəfər Atalay (1962, Sivas – 3 noyabr 2007, Kadıköy, İstanbul ili) — türkiyəli aktyor.
Cəfər Axundov
Cəfər Hacı Şeyx Həsən oğlu Axundov (1878, Nehrəm – 1931, Gəncə) — Zaqafqaziya Seyminin müsəlman fraksiyasına mənsub deputat. Cəfər Hacı Şeyx Həsən oğlu Axundov 1878-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olub. Cəfər ailənin 2-ci uşağı idi. Atası Hacı Şeyx Həsən Molla İmamqulu oğlu Mollazadə Gəncəvidir. Anası Məşədi Xədicə xanım Cəlil Məhəmmədquluzadənin məşhur "Usta Zeynal" hekayəsinin baş qəhrəmanı Usta Zeynalın qardaşı qızıdır. Cəfər Axundov təhsilini Gəncə gimnaziyasında alıb. O, erkən yaşlarından siyasətlə maraqlanmağa başlayıb. 1903-cü ildən RSDFP-yə daxil olan "Hümmət" partiyasının menşevik üzvü və Azərbaycanda ilk marksist dərnəklərini quranlardan biri olaraq gizli fəaliyyət göstərib. Qardaşı nəvəsi Rasim Axundovun bildirdiyinə görə, Leninin ona yazdığı məktub onların ailəsində saxlanılırmış və sonralar DTK-dan gələnlər o məktubu aparıblar. 1905-ci ildə Gəncə sənət məktəbi şagirdlərinin nümayişini təşkil etdiyinə görə həbs edilən C. Axundov Gəncədə və Bakıda zindanda yatıb və az sonra Krasnodar (Yekaterinodar) quberniyasına 5 illik sürgünə göndərilib.
Cəfər Ağa
Qanlı Cəfər Ağa — (türk. Kanlı Cafer Ağa; v. 1521, Konstantinopol) — Osmanlı admiralı. Cəfər Ağa Osmanlı imperiyasında 1516–1520-ci illərdə donanmaya rəhbərlik etmişdir. Cəfər Ağa yerli xalqa qarşı zülm etməsi və səbəbsiz vergilər toplaması səbəbindən 1521-ci ildə Sultan Süleyman Qanuninin göstərişi ilə İstanbul şəhərində edam edilmişdir.
Cəfər Ağalarov
Ağalarov Cəfər Həsən Ağa oğlu — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dalğa dinamikası şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor. Cəfər Ağalarov 15 avqust 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1944-1954-cü illərdə Bakı şəhərinin 8 saylı orta məktəbində oxumuşdur. 1954-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun "Neftmexanika" fakültəsinə daxil olmuş və 1959-cu ildə həmin institutu bitirmişdir. 1959-cu ildən 1960-cı ilədək 55 saylı poçt qutusu müəssəsində mühəndus işləmişdir. 1960-cı ildən 1999-cu ilədək EA-nın Riyaziyyat və Mexanika İnstitutunda (indiki AMEA RMİ) böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi və şöbə rəhbəri vəzifəsində işləmişdir. 1966-1967-ci illərdə "Dinamik möhkəmlik" laboratoriyasında kiçik elmi işçi, 1967-1974-cü illərdə "Dalğa dinamikası" şöbəsində böyük elmi işçi, 1974-cü ildən "Dalğa dinamikası" şöbəsində şöbə müdiri olmuşdur. 1961-1964-cü illərdə EA-nın Riyaziyyat və Mexanika İnstitutununun aspiranturasında oxumuşdur. 1965-ci ildə "Qeyri-xətti, özlü elastiki mühitlərdə dalğaların yayılması" mövzusunda namizədlik dissertasiyası, 1981-ci ildə "Çevik rabitələrin zərbə təsirində özünü aparmasının nəzəri-eksperimental araşdırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-cü ildən bu günədək EA-nın Riyaziyyat və Mexanika İnstitutunda, 1999-cu ildən bu günədək Milli Aviasiya Akademiyasında professor vəzifəsində işləyir.
Cəfər Bağır
Cəfər Səfər oğlu Bağırov – nasir, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Cəfər Bağır 1912-ci il 5 mayda Naxçıvanın Ordubad rayonundakı Dəstə kəndində yoxsul ailədə doğulmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fıloloji fakültəsinə daxil olmuşdur. Eyni zamanda "Gənc işçi" qəzetində şöbə müdiri işləmişdir. Bu dövrdə ilk hekayələrini qələmə almışdır. "Kommunist" qəzetində şöbə müdirinin müavini (1934–1936), "Kirovabad bolşeviki" qəzetində məsul katib (1936–1937), Yazıçılar İttifaqı Gəncə fılialının məsul katibi olmuşdur. 1955-ci ildə Bakıya qayıdıb bütün qüvvəsi ilə bədii yaradıcılığa başlamışdır. Oçerk, hekayə, miniatürlər yazmaqla yanaşı, bədii tərcümə ilə də məşğul olmuşdur. Onun rus dilindən etdiyi tərcümələr sayəsində oxucular T. Drayzer, P. Abrahams, A. Sent-Ekzüperi, R. Taqor, Əziz Nesin, M. Broden, A. Kamenova, S. Kardiaşvili kimi yazıçıların əsərləri ilə tanış olmuşlar. O, Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri (1955–1960), redaktoru (1960–1966), məsləhətçi redaktor (1966–1967), bədii tərcümə redaksiyasının müdiri (1967–1973) vəzifələrində çalışmışdır.
Cəfər Behbudov
Cəfər Ağaəli oğlu Behbudov (17 avqust 1951, Bakı – 26 sentyabr 2019, Kiyev) — Azərbaycan müğənnisi. Cəfər Behbudov teatr rejissoru Ağaəli Məstanov və Rəşid Behbudovun bacısı Nəcibə Behbudovanın ailəsində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. O, 1970-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi "Hicaz" qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının solisti, daha sonra isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə birlikdə Azərbaycan Televiziyasının ştatlı solisti olmuşdur. Konsertlərdə isə Flora Kərimova ilə bir yerdə çıxış etmiş, onunla "Sevgi mahnısı" adlı kompozisiyanı ifa etmiş, klip çəkdirmişdir. Cəfər Behbudov Tofiq Quliyevin "Zibeydə" mahnısı ilə 1980-ci illərdə məşhurlaşmışdı. "Bəyin oğurlanması" filmində onun mahnısı səsləndirilmişdir. Onun ifasında "Bağçadan gələn səs", "Sevdim", "Neyləyim" və başqa mahnılar da həmin dövrlərdə populyarlıq qazanmışdı. Cəfər Behbudov 1991-ci ildə Ukraynanın Kiyev şəhərinə köçmüş, ömrünün sonunadək orada yaşamışdır. Cəfər 26 sentyabr 2019-cu ildə Kiyevdə xərçəng xəstəliyindən vəfat etmiş və öz vəsiyyəti ilə orada da dəfn olunmuşdur.
Cəfər Bünyadzadə
Cəfər Xoca oğlu Bünyadzadə (1890, Fatmayı, Bakı qəzası – 31 mart 1918, Bakı) — "Tuti" jurnalnın baş redaktoru olmuş və eyni zamanda, uşaq ədəbiyyatı sahəsində yaradıcılıqla məşğul olan, o dövrdə ilk olaraq "uşaq nəğmələri" kitabının tərtibatçısı. Dadaş Bünyadzadənin qardaşıdır. Cəfər Bünyadzadə də martın 31-də Bakıda ermənilərin törətdikləri vəhşiliyin qurbanı olmuşdur C. Bünyadzanin qardaşı Dadaş Bünyadzadə ona başsağlığı verənlərə etdiyi minnətdarlıq məktubunda bildirirdi: "Bir il bundan əqdəm "Tuti" məzhəkə jurnalının müdiri, baradərim Cəfər Bünyadzadənin erməni daşnaksütyunları tərəfindən qətl olunduğunu eşidib-bilən yoldaşların Həştərxandan qayıtdıqdan sonra təəssüf məktubları almaqdayam.
Cəfər Cabbarlı
Cəfər Qafar oğlu Cabbarlı (20 mart 1899, Xızı, Quba qəzası – 31 dekabr 1934, Bakı, SSRİ) — Azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1933)*. Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində (hazırda rayon mərkəzidir) yoxsul kəndli ailəsində anadan olub. Kömürçü işləyən atası (Qafar Cabbarlı) görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçərək, "dağlı məhəlləsi" adlanan yerdə yaşamağa başlayıb. Cəfərin 3 yaşı olanda atası vəfat edib. Evin yükü anası Şahbikə xanımın üzərinə düşüb. O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək Cəfəri dini məktəblərə qoyub. Cəfər arasıra Xızıya gedir, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürdü. 1924-cü ildə Cəfərin böyük qardaşı Hüseynqulu öldü. Bu ölüm Cəfəri çox sarsıtdı, çünki Hüseynqulu ona qardaşlıqla yanaşı atalıq etmişdi. Cəfər ailənin ən kiçik uşağı idi.
Cəfər Cəfərli
Cəfər Cəfərov
Cəfər Haşım oğlu Cəfərov — Azərbaycan teatrşünası. Cəfər Hüseynqulu oğlu Cəfərov — Azərbaycan-sovet dövlət xadimi Cəfər İbrahim oğlu Cəfərov — baş leytenant, şəhid. Cəfər Mehdi oğlu Cəfərov — Azərbaycan dilçisi. Cəfər Məmməd oğlu Cəfərov — Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru.
Cəfər Cəmilov
Cəfər Eylasov
Cəfər Eylasov (30 sentyabr 2000, Mingəçevir – 30 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cəfər Yavər oğlu Eylasov 2000-ci il sentyabrın 30-da Mingəçevir şəhərində anadan olub. 2006-2015-ci illərdə Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. Cəfər Eylasov 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Cəfər Eylasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəfər Eylasov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Eylasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cəfər Hümbətov
Cəfər İslam oğlu Hümbətov (2 fevral 1959, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının sabiq gənclər və idman naziri, Naxçıvan Muxtar Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin sabiq sədri, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi. Cəfər Hümbətov 2 fevral 1959-cu il tarixində Naxçıvan şəhərində anadan olub. 1966–1976-cı ildə Naxçıvan şəhər 2 saylı orta məktəbdə ümumi orta təhsil alıb. 1976-cı ildə Naxçıvan şəhər İdman Komitəsində məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub. 1977–1979-cu illlərdə hərbi xidmət keçib. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun qiyabi fakültəsinə daxil olub. 1984-cü ildə həmin institutun tam kursunu bitirib. 1979-cu ildə Naxçıvan MSSR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin Uşaq-Gənclər İdman məktəbinə məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub. 1980-ci ildən 1982-ci ilədək həmin məktəbdə metodist vəzifəsində çalışıb. 1982-ci ildən 1993-cü ilədək həmin məktəbin direktoru vəzifəsində işləyib.
Cəfər Hüseynoğlu
Əliyev Cəfər Hüseyn oğlu (Cəfər Hüseynoğlu) — publisist, 1950-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Cəfər Hüseynoğlu 1925-ci il dekabrın 23-də Füzuli rayonunda, faytonçu ailəsində anadan olmuşdur. Burada orta təhsilini almış, sonra ikiillik Şuşa Müəllimlər İnstitutunda təhsil almışdır (1939–1941). Əmək fəaliyyətinə Ağdam rayonunun Gülablı kənd orta məktəbində tarix müəllimi kimi başlamışdır (1941–1942). 1942–1946-ci illərdə İkinci dünya müharibəsində döyüşən ordu sıralarında olmuşdur. Tərxis edildikdən sonra bir müddət Bakıda müəllim, sonra rayon komsomol komitəsində katib, rayon partiya komitəsində təbliğatcı, "Qızıl Araz" qəzetinin məsul katibi işləmişdir (1946–1948). "Bakinski raboçi" qəzetinin Arazboyu və Ağdam bölgələrində xüsusi müxbir işləmişdir (1948–1966). "Kənd həyatı" jurnalında müxbir, Azərbaycan Elmlər Akademiyasının "Xəbərlər" məcmuəsində baş redaktorun müavini (1966–1976), Azərbaycan Dostluq Cəmiyyətində Xaricdə yaşayan həmvətənlərlə əlaqə şöbəsinin müdiri (1976), Bakı şəhər Veteranlar Şurasının sədr müavini (1983–1987), Təbrizdə nəşr edilən "Azadlıq beşiyi" və "Körpü" qəzetlərinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri (1993–2000) olmuşdur. Dövri mətbuatda külli miqdarda müxtəlif janrlarda yazıları dərc olunmuşdur. Xarici ölkə qəzet və jurnallarda Azərbaycan həqiqətləri haqqında məqalələri işıq üzü görmüşdür.